Türkiyədə koronavirus xəstələrinin 10%-dən çoxu "omikron" ştamı ilə yoluxub.
HİT.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.
"Bu vəziyyətdə vaksinin gücləndirici dozasının tətbiqinə ehtiyac daha da artır”, - F.Koca deyib.
Ölkədə "omikron" ştamına ilk yoluxma halı dekabrın 11-də qeydə alınıb.