Vaksin vurdurmaqdan imtina edən məscidin imamı koronavirusdan öldü

DÜNYA
23:51 / 25.12.2021
1200

Türkiyənin Aksaray şəhərinin Ortaköy rayonunda bir məsciddə 30 il imamlıq edən İsmail Yıldırım adlı ilahiyyatçı koronavirusun qurbanı olub.

Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, 52 yaşlı imam artıq uzun müddətdir ki, COVID-19 peyvəndi vurdurmaqdan imtina edib.

İ. Yıldırım 15 gün müalicə aldığı reanimasiya şöbəsində dünən gecə dünyasını dəyişib.

Dörd uşaq atası olan məscidin imamı bu gün dəfn edilib.

 

0
oxu.az