Ukraynanın İvano-Frankovsk vilayətində Kosovo Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində partlayış baş verib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində iki nəfər ölüb.
Partlayışın hansı şəraitdə baş verdiyi araşdırılır. Xilasedicilər, 8 təcili tibbi yardım briqadası və regional səhiyyə idarəsinin nümayəndələri hadisə yerinə cəlb edilib.