Kim Çen İn görünüşü ilə təəccübləndirdi - FOTO

DÜNYA
22:16 / 29.12.2021
1816

KXDR lideri Kim Çen İn yenidən ictimaiyyət qarşısına çıxıb və Koreya Fəhlə Partiyasının (WPK) iclasında iştirak edib.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, KİV Şimali Koreya liderinin xarici görünüşündə daha bir dəyişikliyə diqqət çəkib. O, görünməmiş dərəcədə çəkisini itirib.

“Daily Mail” Kim Çenin 2019 və 2020-ci illərdəki fotolarını da paylaşaraq Şimali Koreya liderinin görünüşünü müqayisə edib.  10 ildir hakimiyyət başında olan Kim Çen İn ilk dəfədir bu qədər arıq görünüb. 

 

 

 

0