Fransa yanvarın 3-dən etibarən altı yaşdan yuxarı uşaqlar üçün maska rejimi tətbiqinə başlayır.
HİT.az xəbər verir ki, müvafiq sərəncam ölkənin rəsmi qəzeti olan “Journal Officiel”də dərc olunub.
Əvvəllər bu tələb 11 yaşdan yuxarı bütün əhaliyə şamil edilirdi. Koronavirus hallarının artması ilə əlaqədar təklif qəbul edilib.
Nəqliyyatda, dövlət müəssisələrində, idman komplekslərində, dini qurumlarda, bir sıra şəhərlərdə, o cümlədən Parisdə açıq havada maska taxmaq məcburidir.
Fransada son 24 saat ərzində 232 200 yeni koronavirus yoluxnası qeydə alınıb, 189 nəfər ölüb.