ABŞ müdafiə naziri koronavirusa yoluxdu

18:36 / 03.01.2022
1118

ABŞ-ın müdafiə naziri Lloyd Ostinə COVID-19 koronavirus infeksiyası diaqnozu qoyulub.

Qaynarinfo xəbər verir ki, bu haqda Pentaqondan bildirilir. "Bu səhər mən COVID-19 ilə bağlı müsbət test nəticəsi aldım", - İdarədən deyilib. 

Onun sözlərinə görə, simptomlar yüngül keçir və nazir həkiminin göstərişinə əməl edir.

TASS xəbər verir ki, eyni zamanda, 68 yaşlı Ostin növbəti beş gün ərzində evdə karantin rejiminə riayət etmək niyyətində olduğunu vurğulayıb.

Lenta.ru qeyd edir ki, bundan əvvəl ABŞ prezidenti Cozef Bayden iki infeksiya testindən keçib və hər iki test mənfi nəticə göstərib.

Xatırladaq ki, Fransanın "Pari Sen-Jermen” futbol klubunun argentinalı hücumçusu Lionel Messidə də koronavirus aşkarlandığı bu ərəfədə məlum olub.

Bu arada, amerikalı bioloq Ança Baranova hesab edir ki, yeni "omikron” koronavirus ştamı "deltan”ı əvəz edərsə, bu, bəşəriyyət üçün böyük şans olacaq.

0