Qəribə əhvalat Fransanın Perpinyan şəhərində baş verib.
Gecə saat 1 radələrində növbədən evə qayıdan 2 polis əməkdaşı 3 “polis”in vətəndaşları yoxladığını görüb.
Bu yoxlama mülki formada olan polislərdə şübhə yaradıb və vəziyyətlə maraqlanıblar. Onlar ilk baxışdan görüblər ki, yoxlama aparan polisin nə silahı, nə də geyimi standart deyil. Üstəgəl, onlar bu “polis”ləri tanımırlar.Mülki geyimdə olan polislər yaxınlaşaraq özlərini təqdim etdikdə, 3 yalançı polis qaçmaq istəyib. Lakin onlar həqiqi polisin əlindən qurtara bilməyiblər.
Bölməyə aparılan yeniyetmələr səhv iş tutduqlarını, pis niyyət olmadan insanlarla zarafat etdiklərini bildiriblər. Lakin yekun qərarı məhkəmə verəcək.