Naməlum qadın türk bayrağını endirmək istədi - VİDEO

DÜNYA
09:34 / 05.01.2022
829

Türkiyənin Karabük vilayətində naməlum qadın Türkiyə bayrağını endirməyə çalışıb.

Hit.az xəbər verir ki, üzünü gizlədən qadın yol kənarındakı obyektlərdən birindən asılmış bayrağı endirməyə çalışsa da, buna nail ola bilməyib və oradan uzaqlaşıb.

Qadın bu hərəkəti müşahidə kameralarının obyektivinə düşüb.

Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra polis araşdırmalara başladıb və Türkiyə bayrağını endirməyə çalışan şəxsin Ş.U. olduğu müəyyən edilərək saxlanılıb.

 

2