Lavrov və Çavuşoğlu Rusiya-NATO iclasını müzakirə etdilər

DÜNYA
16:20 / 06.01.2022
898

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu telefonla danışıb. 

"Unikal" xəbər verir ki, onlar yanvarın 12-də Rusiya-NATO Şurasının iclasına hazırlığı müzakirə ediblər.

"M.Çavuşoğlu bu il yanvarın 12-də Rusiya-NATO Şurasının Avropada təhlükəsizlik təminatları ilə bağlı təkliflərinə baxılması üçün iclasın hazırlanması məsələsini qaldırdı. Sergey Lavrov prosesi uzatmadan konkret nəticələrə nail olmaq maraqları naminə hərbçilərin iştirakı ilə bu mövzuda ciddi müzakirələrin aparılmasının zəruriliyi ilə bağlı Moskvanın mövqeyini bir daha təsdiqləyib", - Rusiya XİN-in saytındakı şərhdə deyilir.

Qeyd edək ki, gələn həftə Rusiya və ABŞ Cenevrədə strateji sabitliyə dair növbəti dialoq raundu, ardınca Brüsseldə NATO-Rusiya Şurasının iclası və Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) məsləhətləşmələr keçirəcək.

0