Almatıda Respublika meydanı ərazisində atışma davam edir.
TASS xəbər verir ki, hadisə zamanı ölənlərin meyitləri yolun ortasında qalıb.
“Bir neçə güllələnmiş avtomobil də görünür, onlardan ən azı ikisində insan meyiti var”, - deyə xəbərdə bildirilir.
Şəhərin digər yerlərində isə nisbətən sakitlikdir: vaxtaşırı atəş səsləri eşidilir.
Bildirilir ki, iğtişaşların bəziləri Almatı ətrafında nömrəsiz maşınlarla hərəkət edirlər.
“Dövlət nömrə nişanı olmayan avtomobilin sahiblərinə və nəqliyyat vasitələrinə fövqəladə vəziyyətin ən sərt sanksiyaları tətbiq olunacaq”, - deyə vətəndaşlara xəbərdarlıq edilib.
Oxu.az