Nazarbayevin keçmiş müşaviri böhranın səbəblərindən birini açıqlayıb

20:50 / 07.01.2022
1427

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin keçmiş müşaviri, keçmiş mədəniyyət və informasiya naziri Ermuxamet Ertısbayev bəzi məmurların və hüquq-mühafizə orqanları əməkdaşlarının xəyanətini ölkədə böhranın yaranmasının səbəblərindən biri hesab edir.

Onun fikrincə, hazırda Qazaxıstanda baş verənlər “bütün postsovet məkanında son 30 ildə” qeydə alınmış ən ciddi böhrana çevrilib.

“Belə bir dövlət çevrilişinə cəhdin, silahlı üsyanın miqyası təəccüblüdür. O qədər güclü təşkilatlanma var ki, bunu hakimiyyətin ən yüksək eşelonunun xainləri, xüsusən də hüquq-mühafizə orqanları olmadan həyata keçirmək mümkün deyil”, - Ertısbayev “Xabar 24” telekanalının efirində bəyan edib.

Almatıda iğtişaşlar zamanı etirazçılar hava limanını ələ keçiriblər. Ertısbayevin sözlərinə görə, “hava limanına hücumdan 40 dəqiqə əvvəl kordonun və mühafizəçilərin tamamilə çıxarılması əmri verilib”.

Qazaxıstan hakimiyyəti daha sonra hava limanını öz nəzarətinə qaytarıb.

Mənbə: “RİA Novosti”

0