Avstriya kansleri Karl Nehammer koronavirusa yoluxub.
O, hazırda ev şəraitində özünü təcrid edib.
Bu barədə cümə günü Avstriya Federal Kanslerinin İdarəsi məlumat yayıb.
“Nehammer təbii ki, üç dəfə peyvənd olunub. O, ev karantinindədir”, - deyə məlumatda bildirilib.
Nehammer çərşənbə axşamı tətildən qayıtdıqdan sonra cümə günü COVID testi verib və onun cavabı pozitiv çıxıb.
Kanslerin arvadı və uşaqları virusa yoluxmayıb.
Qeyd edildiyi kimi, kanslerdə xəstəliyin əlamətləri müşahidə olunmayıb.
“Narahatlığa əsas yoxdur, özümü yaxşı hiss edirəm”, deyə Nehammer bildirib.
oxu.az