Yanvarın 10-na olan məlumatda göstərilir ki, Qazaxıstanın daxili işlər orqanlarına 7939 nəfər gətirilib".
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan DİN məlumat yayıb.
Bildirilir ki, Almatıda polis Milli Qvardiya əsgərləri və xüsusi təyinatlıların iştirakı ilə iki bazarda daha 207 nəfəri həbs edib.
Bundan əlavə, oğurlanmış 5 avtomobil və oğurlanmış əşyalar götürülüb.
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.