Türkiyənin “Pegasus” şirkəti İstanbul-İrəvan-İstanbul aviareysləri üçün icazə alıb

DÜNYA
22:28 / 10.01.2022
1462

Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verib.

Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın “Flyone” şirkəti də analoji icazə alıb.

0
oxu.az