“Rusiyanın Ukraynaya hücum etmək niyyəti yoxdur”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Biz amerikalı həmkarlarımıza izah etdik ki, Ukraynaya hücum etmək planımız, niyyətimiz yoxdur və qüvvələrin döyüş hazırlığı üçün bütün tədbirlər bizim milli ərazimiz daxilində həyata keçirilir”, - deyə o qeyd edib.
Ryabkovun sözlərinə görə, hər hansı eskalasiya ssenarisindən qorxmağa əsas yoxdur.