Türkiyə Prezidenti Azərbaycanla bağlı sənədi təsdiqlədi

DÜNYA
09:32 / 11.01.2022
1670

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib.

Hit.az-ın xəbərinə görə, Ərdoğanın bununla bağlı Sərəncamı "Resmi Gazete"də dərc olunub. Qeyd edək ki, ötən il dekabrın 22-də Bakıda Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

0