KTMT sülhməramlıları Qazaxıstanda əməliyyat keçirə bilər

17:41 / 12.01.2022
810

Yanvarın 13-də KTMT ölkələrinin Müdafiə Nazirləri Şurasının növbədənkənar iclası keçiriləcək.

Hit.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib ki, iclas zamanı Qazaxıstanda sülhməramlı əməliyyatın keçirilməsi müzakirə olunacaq.

"KTMT-yə üzv ölkələrin müdafiə idarələrinin rəhbərləri Qazaxıstanda sülhməramlı əməliyyatın keçirilməsini müzakirə edəcəklər", - Zaynetdinov jurnalistlərə bildirib.

3