Böyük Britaniyanın Baş naziri Boris Conson karantin qaydalarını pozaraq “Dauninq-strit” yığıncağında iştirak etdiyini qəbul edib və bunun üçün üzr istəyib.
Baş nazir bildirib ki, o , bu tədbirin iş yığıncağı olduğunu düşünüb və sadəcə 20 dəqiqə orada olub.
O axşam bunun fərqində olmadığım üçün üzr istəyirəm. Mən buna görə məsuliyyət daşıyıram və üzr istəyirəm” – B. Conson parlamentarilərin suallarını cavablandırarkən deyib.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Boris Conson ötən il 20 may tarixində karantin qaydalarını pozaraq ənənəvi olaraq keçirilən “Dauninq-strit” yığıncağında iştirak etmişdi. Bu hadisədən sonra Baş nazirin istefası tələb olunurdu.
oxu.az