Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Tvitter səhifəsində atası Özdemir Bayraktarla bağlı paylaşım edib.
O, pilotsuz uşuş aparatlarının ilk sınaqları ilə bağlı 2006-cı ildə lentə alınmış video paylaşıb.
“Rəhmətlik atam, əmim, qardaşım, mən və yol yoldaşlarımız... İlk gündən qarda, qışda, tufanda, şaxtada uşaq kimi əyləndik... Ruhun şad olsun, əziz Atamız...”, - deyə S.Bayraktar qeyd edib.
Avtomatik uçuş qabiliyyətinə və milli uçuş kompüterinə malik ilk milli İHA-nın ilk prototipinin sınaq uçuşlarının 2006-cı ildə çəkilmiş görüntülərini təqdim edirik:
“Qafqazinfo”