Estoniya, Latviya və Litva NATO-ya müraciət edərək alyansın bu ölkələrdə hərbi mövcudluğunu artırmağı xahiş ediblər.
Bu açıqlama ilə Estoniyanın Baş naziri Kaya Kallas çıxış edib.
K.Kallasın fikrincə, bu artım Rusiya üçün “çəkindirici” ola bilər.
NATO-nun anonim diplomatı xəbəri dərc edən mənbəyə bildirib ki, Baltikyanı ölkələrin tələbinə fevralın ortalarında alyans üzvlərinin müdafiə nazirlərinin görüşündə baxıla bilər.