"Nazarbayev çoxdan vəfat edib" - Jirinovski

DÜNYA
20:55 / 15.01.2022
1211

Rusiyanın Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski “Komsomolskaya Pravda” radiosunun efirindəki çıxışı ilə diqqət çəkib.

Hit.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin çoxdan öldüyünü və dəfn edildiyini ifadə edib.

“Məncə, o, çoxdan vəfat edib. Çoxdan ölüb və basdırılıb. Müsəlmanlar eyni gündə dəfn edirlər", - deyə Jirinovski bildirib.

Siyasətçini bu fikrə eks-dövlət başçısının uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması vadar edib.

0