İranın Salmas şəhərində baş verən 4,4 bal gücündə zəlzələ Türkiyənin Hakkari və Van vilayətlərində də hiss edilib.
Hələlik İran tərəfi zəlzələnin fəsadları barədə rəsmi məlumat yaymayıb.
Qonşu ölkənin “Telegram” kanallarında yayılan məlumatlarda isə qeyd olunur ki, günorta vaxtı baş verən zəlzələ nəticəsində Salmas şəhərində bəzi binalara ciddi ziyan dəyib.