Model ərini öldürdüyü üçün 15 il həbs oluna bilər - FOTO

DÜNYA
23:31 / 15.01.2022
675

"Vogue" jurnalının 27 yaşlı modeli Lilia Sudakova həyat yoldaşını öldürməkdə təqsirləndirildiyinə görə 15 il müddətinə həbs oluna bilər.

"Unikal" xəbər verir  ki, bu  barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, model ərini öldürdüyünü etiraf edib. İstintaqla müəyyən edilib ki, cinayət 2020-ci il noyabrın 28-də cütlüyün yaşadığı binada törədilib.

Dəfələrlə ərindən şiddət görməsi ilə bağlı şikayətçi olan Liliya onun xəyanəti və aqressiv davranışı səbəbindən özünü müdafiə etmək üçün Sergeyi bıçaqladığını bildirib. Sergey aldığı zərbələrdən bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib.

İstintaq zamanı modelin təcili yardım çağırması, zərərçəkənə ilkin tibbi yardım göstərməsi, həkim və polis gələnə qədər onun yanında olması, eyni zamanda müstəntiqlərə ətraflı ifadə verməsi nəzərə alınıb.

Buna baxmayaraq Liliyanın 15 ilə qədər həbs olunacağı bildirilib. Məhkəmə yaxın aylarda baş tutacaq.

0