Küçədə dava edən iki polis əməkdaşı işdən çıxarılıb.
Hadisə Dağıstanın paytaxtı Mahaçqalada baş verib. Post-patrul xidmətinin əməkdaşları olan polislər əvvəlcə mübahisə ediblər.
Hit.az xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sonra onlardan biri həmkarına zərbə vurub. Onları digər hüquq-mühafizə orqanlarının əməkdaşları ayırıb. İnsidentin səbəbi bilinmir. /32gun.az