ABŞ kosmosa gedəcək rus kosmonavta viza vermədi: Səbəbi izah edilmir

DÜNYA
18:35 / 22.01.2022
1295

ABŞ hakimiyyəti səbəbini izah etmədən rus kosmonavt Nikolay Çuba viza verməkdən imtina edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti-yə məlumatlı mənbə bildirib. Qeyd olunur ki, rus kosmonavtının Beynəlxalq Kosmik Stansiyaya uçuşu 2023-cü ilin yazında planlaşdırılır.

Agentliyin həmsöhbəti izah edib ki, ənənəvi olaraq ekspedisiyanın bütün rusiyalı üzvləri BKS-ə uçmazdan əvvəl Conson Kosmik Mərkəzində təlim keçirlər. Onlar başqa şeylər kimi, stansiyanın Amerika seqmentinin strukturunu ABŞ-dan olan astronavtların Rusiyada hazırlaşdıqları kimi öyrənirlər.
Roskosmos məlumatı şərh etməyib.

Nikolay Çub Rusiya heyətinə 2012-ci ildə qoşulub, o, ilk dəfə kosmosa getməlidir. Daha əvvəl bildirilmişdi ki, təcrübəli kosmonavt Oleq Kononenko və digər yeni gələn Andrey Fedyayevlə birlikdə stansiyaya 2023-cü ilin yazında yola düşəcək "Soyuz MS-23” kosmik gəmisinin ekipajını formalaşdıracaqlar.

0