"COVID-19-dan qorunmağın ən effektiv yolu araqdır"- Alimdən tövsiyə

DÜNYA
08:58 / 24.01.2022
1884

Rusiyalılara araqla özlərini koronavirusdan qorumağı tövsiyə edən tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Kolesnikov deyib ki, bu üsul həqiqətən də virusdan qorunmağa kömək edəcək.

Alimin sözlərinə görə, spirtlə inhalyasiya həqiqətən virus yükünü azaltmağa kömək edir.

"Əgər siz onu maskanın üzərinə az miqdarda töksəniz və bir az nəfəs alsanız, bu, əlbəttə ki, xəstəlikdən qorumayacaq, ancaq virus yükünü azaldacaq” - Sergey Kolesnikov qeyd edib.
 
Kolesnikov daha əvvəl demişdi ki, araqın inhalyasiyası koronavirusun yeni ştamı olan "omikron”a müqavimət göstərməyə kömək edəcək. Alimin sözlərinə görə, bunun üçün bu spirtli içkini tibbi maskanın üzərinə çiləyib nəfəs almaq lazımdır.

Bu cür tövsiyələrinə görə akademik tibb ictimaiyyətinin tənqidinə tuş gəlib. Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru Gennadi Onişenko "omikron”a qarşı araqdan inhalyasiya etmək məsləhətini "axmaq zarafat” adlandırıb.

Viral İnfeksiyaların Qarşısının Alınması və Müalicəsi üzrə Tədqiqat Mərkəzinin direktoru Georgi Vikulov da "omikron"a qarşı araq inhalyasiyalarının effektivliyi barədə bəyanatı yanlış adlandırıb.
 
///Publika.az

1