Pekin Olimpiadasına yollanan insanlarda koronavirusa yoluxma sayı artıb

23:45 / 27.01.2022
507

Çində Pekin Olimpiadasına gələn insanlar arasında koronavirusa 23 yeni yoluxma halı aşkarlanıb.

Bu barədə təşkilat komitəsinin cümə axşamı dərc olunmuş məlumatında deyilir.

Yanvarın 26-da Çinə 351 nəfər, o cümlədən 14 idmançı və rəsmi şəxs, 337 “digər maraqlı tərəflərin nümayəndəsi” yollanıb. Həmin gün PCR testi nəticəsində 15 yeni yoluxma halı müəyyən edilmişdi.

Olimpiadaya gələnlər arasında daha səkkiz müsbət nəticə müəyyən edilib. Yoluxmuş şəxslərin hamısı maraqlı tərəflərin nümayəndələridir.

0
oxu.az