Ermənistanda naməlum şəxs Rusiya və ABŞ-ın bu ölkədəki səfirliklərini partlatmaqla hədələyib.
Hüquq-mühafizə orqanlarına səfirliyin partladılması hədəsi ilə edilən zəng yanvarın 25-də yerli saatla 16:50 radələrində daxil olub.
Zəng edən şəxs polisə də hədə-qorxu gəlib.
İrəvan polisi səfirlik binalarını partlatmaqla hədələyən şəxsi artıq saxlayıb.
Hazırda hadisə ilə bağlı xüsusi araşdırmanın aparıldığı bildirilir.
oxu.az