"Omikron"dan daha təhlükəli YENİ ŞTAM sürətlə yayılır - Kimlər yoluxa bilər?

DÜNYA
12:55 / 01.02.2022
1312

COVİD-19-un "Omikron” variantından daha təhlükəli növü aşkarlanıb.
 
Sfera.az bildirir ki,  bununla bağlı Danimarkanın Kopenhagen Universiteti ilə ölkənin səhiyyə nazirliyi birgə araşdırma aparıb. Bəlli olub ki, "Omikronun” alt növü olan "BA.2” daha yoluxucudur.  

Elm adamları qeyd ediblər ki, ilkin məlumatlara əsasən, "BA.2” həm peyvənd olunmuş, həm də peyvənd olunmamış insanlarda ilk "Omikron” variantına nisbətən, daha asan ötürülə bilər. Lakin mütəxəssislər peyvənd olunanların bu virusa yoluxma riskinin daha az olduğu qənaətinə gəliblər. Peyvənd olunmayanların daha çox virus keçirdiyini vurğulayan alimlər, üçüncü dozanın əhəmiyyətini də qeyd ediblər.

"Bir evdə sözügedən virusa yoluxma baş verərsə, digər ailə üzvlərinin yoluxma ehtimalı 39 faizdir. Lakin bu rəqəm, "Omikron”da 29 faiz idi. Eyni zamanda BA.2-nin məktəblər və bağçalarda vaksin olunmamış uşaqlara yoluxma ehtimalı yüksəkdir”, - deyə araşdırma aparanlar söyləyib.

Qeyd edək ki, sözügedən virus Danimarka və bir neçə ölkədə artıq sürətlə yayılır.

1