Qonşu ölkədə “COVID-19” pasportları ləğv olundu

DÜNYA
13:59 / 01.02.2022
1058

Gürcüstanda “COVID-19” pasportları ləğv olunub.

Hit.az "Report"a istinadən xəbər verir ki, bu barədə qərarı ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Qərara əsasən, bu sənəddən yalnız xarici ölkələrə səfərlər zamanı istifadə olunacaq.

Qeyd edək ki, qonşu ölkədə “yaşıl pasport”lar ötən ilin dekabrın 1-dən etibarən tətbiq olunub.

0