Bu ölkədə quş qripi sürətlə yayılır

17:14 / 01.02.2022
1319

Hollandiyada quş qripi epidemiyasının yayılması səbəbindən Qelderland bölgəsindəki Vuren kəndindəki fermadan 168 minə yaxın toyuq məhv edilib.

Hit.az xəbər verir ki, Hollandiya Kənd Təsərrüfatı, Təbiət və Qida Keyfiyyəti Nazirliyindən verilən açıqlamada ölkənin mərkəzi bölgələrində yerləşən Vuren fermasında 168 min toyuqun quş qripi səbəbilə məhv edildiyi açıqlanıb.

Nazirlikdən bildirilib ki, “quş qripi”nin təhlükəli və sürətlə yayılan növü kimi elan etdiyi xəstəliklə əlaqədar təsərrüfatlar arasında nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

0