Millət vəkili özündən 26 yaş kiçik aparıcı ilə evləndi

DÜNYA
19:17 / 05.02.2022
1748

Türkiyənin müxalifət partiyası CHP-nin 57 yaşlı İstanbul Millət vəkili Gürsel Tekin 32 yaşlı xəbər aparıcısı Mehtap Özkanla evlənib.

Hit.az xəbər verir ki, ailə arasında təşkil edilən mərasimlə ailə həyatı quran Gürsel Tekinin izdivacı Çırağan Sarayında baş tutub. Qeyd edək ki, Tekin keçən ilin yanvarında ikinci həyat yoldaşı, uşaqlarından birinin anası Nihan Tekinlə müqavilə əsasında boşanıb. 57 yaşlı siyasətçi ilk evliliyi Ayşe Tekin adlı qadınla olmuşdur. Onların iki övladı var.

Məlumat üçün bildirək ki, Gürsel Tekin ilə Mehtap Özkan arasında 26 yaş fərq var.

1