Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olacağı halda baş verəcəklərdən danışıb.
HİT.az xəbər verir ki, dövlət başçısı bu barədə fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra keçirilən brifinqdə açıqlama verib.
"Əgər Ukrayna NATO-ya qəbul edilərsə və hərbi yolla Krımı qaytarmağa cəhd edərsə, Avropa ölkələri avtomatik olaraq Rusiya ilə hərbi münaqişəyə cəlb olunacaq. Belə bir münaqişədə qalib tərəf olmayacaq" deyə Putin bildirib.
Rusiya Prezidenti qeyd edib ki, nə o, nə də fransalı həmkarı proseslərin bu cür inkişafını istəmir.