Gürcüstanda azərbaycanlı gənc qətlə yetirildi - YENİLƏNİB

DÜNYA
15:37 / 08.02.2022
1090

Gürcüstanın Marneuli şəhərində yeniyetmənin qətlə yetirdiyi 30 yaşlı şəxsin yerli azərbaycanlı olduğu məlum olub.

HİT.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.

Belə ki, 17 yaşlı yeniyetmə soydaşımızı soyuq silahla ölümcül yaralayıb.

Qətlə yetirilənin qohumları “Mtavari arxi” telekanalına bildiriblər ki, hadisəni törədən şəxsin kim olduğunu bilmirlər.

Gəncin heç kimlə münaqişəsinin olmadığı qeyd edilib. Onun 4 aylıq övladı yadigar qalıb.

Hadisəni törədən yeniyetmənin də azərbaycanlı olduğu ehtimal edilir.

13:13

Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda 2005-ci il təvəllüdlü A.M. adlı şəxs saxlanılıb.

HİT.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxs qəsdən adam öldürməkdə ittiham olunur.

İstintaqla müəyyən olunub ki, 17 yaşlı yeniyetmə Marneuli şəhərində mübahisə zəminində 1992-ci il təvəllüdlü A.İ. adlı şəxsi bıçaqla ölümcül yaralayaraq hadisə yerindən qaçıb. Polis onu “isti izlər”lə yaxalayıb və soyuq silah maddi sübut kimi müsadirə edilib.

Saxlanılan şəxsi günahı sübuta yetiriləcəyi halda 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Faktla bağlı istinaq tədbirləri davam etdirilir.

0