Fenomenlər faciəvi şəkildə öldü - Foto

DÜNYA
21:17 / 08.02.2022
2042

İslandiyada qəzaya uğrayan təyyarədə həyatını itirən 4 nəfər arasında amerikalı 22 yaşlı yutuber Coş Neuman və 32 yaşlı belçikalı fenomen Nikola Bellavianın olduğu açıqlanıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cəsədlər uzun sürən axtarışlar nəticəsində Thinqvallavatn gölündə 157 metr dərinlikdə aşkarlanıb.

İlkin məlumata görə, Coş "Cessna 172" təyyarəsi ilə Belçikanın "Suspicious Antwerp" moda brendinə kommersiya məzmunu yaratmaq üçün uçurmuş. Onunla birlikdə hava nəqliyyat vasitəsində şirkətin sponsorluq meneceri Tim Alinqs və Nikola olub.

0