Zelenskidən Putinin “mənim gözəlim” sözlərinə CAVAB

DÜNYA
00:16 / 09.02.2022
2418

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin “xoşun gəlsə də, gəlməsə də, səbr et, mənim gözəlim” sözlərini şərh edərək ona rus dilində cavab verib.

Zelenski fransalı həmkarı Emmanuel Makronla Kiyevdə keçirdiyi mətbuat konfransında deyib:

“Yəqin ki, rus dilində cavab verəcəm ki, aforizmin müəllifi mənim cavabımı başa düşsün. Təbii ki, elə şeylər var ki, Rusiya Prezidenti ilə mübahisə edə bilməzsiniz. Bəli, Putin haqlıdır. Ukrayna həqiqətən gözəldir, ancaq burada “mənim” ifadəsi artıqdır. Ukrayna səbirlidir, məncə, bu, müdriklikdir. Bu, bütün Avropa və ruslar üçün vacibdir. Çünki eskalasiya bizim səbrimizdən asılıdır. Biz ölkəmizi müdafiə edirik, öz ərazimizdəyik. Səbrimiz təxribatlara cavab vermədiyimiz zaman təsirlidir, çünki biz özümüzü ləyaqətlə aparırıq”.

Xatırladaq ki, fevralın 7-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı zamanı Putin Minsk Razılaşması ilə bağlı danışarkən “İstəsən də, istəməsən də, səbr et, mənim gözəlim” məsəlini nümunə gətirib.Redaktor.az

0