Stalinin nəvəsinə 16 milyon pul "atdılar"

DÜNYA
23:06 / 09.02.2022
1105

Moskvada İosif Stalinin nəvəsinə qarşı 16 milyon rublluq dələduzluq edilib.

Lent.az Rusiya KİV-nə istinadən xəbər verir ki, dələduzlar İosif  Stalinin 93 yaşlı nəvəsi Leonid Alliluyevə zəng edərək onun pensiya kartının nömrəsini istəyib. 

Kart nömrəsini verəndən sonra Leonid Alliluyev hesabından 16 milyon rubl vəsait yoxa çıxıb.

Xatırladaq ki, Leonid Alliluyev İosif Stalinin qızı Nadejda Alliluyevanın oğludur.

0