"Uşaqların qarşısına belə geyimdə çıxmaq olmaz" - Ədəbsiz halda məktəbə gedən ana tənqid olundu - FOTOLAR

DÜNYA
00:10 / 10.02.2022
1710

Boliviyanın Santa Kruz de la Sierra şəhərindən olan fitnes modeli oğlunu açıq-saçıq geyimdə məktəbə aparıb və bununla da internetdə qeyri-münasib görünüşünə görə tənqid olunub.

HİT.Az xəbər verir ki, TikTok-da müvafiq görüntülər The Sun jurnalistlərinin diqqətini çəkib.

Anonim valideyn tələbənin anası Vanessa Medinanın kampusda arxası və dekoltesi açıq olan dar çəhrayı və ağ mini kombinezonda göründüyünü videoya çəkib. Bu zaman videonun müəllifi ona üz tutub və qeyd edib ki, bu cür geyimdə balaca uşaqların qarşısına çıxmaq yersizdir. Qadının fikri ilə əksəriyyət razılaşaraq, modeli paltar seçdiyi üçün biabır ediblər.

"Mən çox işləyən və oğlunun qayğısına qalan yaxşı anayam. Ən əsası odur ki, mən heç bir səhv etməmişəm. Məni tanıyanlar ürəyimin sevgi ilə dolu olduğuna şübhə etmirlər", - deyə model özünə haqq qazandırıb.

 

0