Putin “səbr et, mənim gözəlim” sözlərini şərh etdi

DÜNYA
21:39 / 10.02.2022
1320

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla görüşündən sonra Ukrayna ilə bağlı verdiyi açıqlamanı şərh edib.

 Rusiya dövlət başçısı “səbr et, gözəlim” sözlərinin hər hansı şəxsi mahiyyət daşımadığını bildirib: 

“Bunun şəxsi mahiyyəti yox idi, açıq deməliyəm. Mən uzun illər işimdə heç vaxt özəl müstəviyə keçməmişəm və bunun heç bir şəxsi miqyası yox idi. Ukrayna, Minsk razılaşmaları və “gözəllik”lə bağlı deyilənlər yalnız razılaşmaların yerinə yetirilməli olduğuna işarə edirdi”. 

Xatırladaq ki, Putin Kiyev və Minsk razılaşmaları ilə bağlı “xoşun gəlsə də, gəlməsə də, səbr et, mənim gözəlim” sözlərini səsləndirmişdi. Ukrayna Prezidenti Vladimir Zelenski isə buna cavab olaraq bildirmişdi: “Təbii ki, elə şeylər var ki, Rusiya Prezidenti ilə mübahisə edə bilməzsiniz: Ukrayna həqiqətən gözəldir, amma onun Ukrayna haqqında dedikləri barədə: “Mənim” sözü bir az artıqdır”.

Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “xoşun gəlsə də, gəlməsə də, səbr et, mənim gözəlim” sözlərini şərh edərək bildirib ki, dövlət başçısı Ukraynanın razılaşmaları yerinə yetiriməli olduğunu nəzərdə tutub.

1
“Qafqazinfo”