"ABŞ ordusu hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq Ukraynaya göndərilməyəcək".
HİT.az xəbər verir ki, bunu ABŞ ideri Co Bayden jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ vətəndaşlarının təxliyəsi üçün Ukraynaya qoşun göndərilməyəcək:
“Əgər amerikalılar və ruslar bir-birinə atəş açsalar, o zaman dünya müharibəsi başlayacaq. Amerika vətəndaşları indi getməlidir. Rusiya prezidenti Vladimir Putinin Ukrayna ətrafında vəziyyətin kəskin şəkildə gərginləşəcəyi təqdirdə amerikalılara zərər verəcək hərəkətlərdən qaçmaq üçün kifayət qədər ağıllıyam".
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarının mövcud olan bütün nəqliyyat vasitələri ilə Ukraynanı tərk etməli olduğunu bəyan edib.