Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Təhlükəsizlik Müdirliyi tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində İran xüsusi xidmət orqanlarının Türkiyədə iranlı müxaliflərin oğurlanması planına yardım edən 14 şübhəli şəxs saxlanılıb.
HİT.az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
Məhkəmə saxlanılan şəxslər barəsində (12-si Türkiyə, 2 İran vətəndaşıdır) həbs qətimkan tədbiri seçib. Casus şəbəkəsinin daha üç üzvü axtarışa verilib.
Təhlükəsizlik qüvvələrindəki mənbələrdən verilən məlumata görə, "By Saglam” müdafiə şirkətinin sahibi İhsan Sağlam və onun işçisi, İran vətəndaşı Morteza Soltan Sancarinin iranlı müxalifətçiləri qanunsuz yolla Türkiyədən çıxarmağa cəhd etdiyi müəyyən olunub.
İ.Sağlam və M.Səncəri İran kəşfiyyatı adından fəaliyyət göstərən şəxslərdən göstərişlər alıblar. Hazırda faktla əlaqədar araşdırma aparılır.