Türkiyənin Bursa şəhərində maraqlı hadisə baş verib.
Metbuat.az xəbər verir ki, Şenol Çam adlı şəxs bankomatdan 50 lirə pul götürüb. Lakin o əskinasa baxanda inanmayıb. Əskinasda “0” rəqəminin olmaması gənci təəccübləndirib.
O, əvvəlcə pulun saxta olduğunu düşünüb. Lakin araşdırmalardan sonra pulun saxta olmadığı məlum olub. Kolleksiya marağında olan şəxslər əskinası almaq üçün maraqlanmağa başlayıb.
Şenol Çam nadir əskinas üçün 50 min lirə tələb edir. Bank əskinası dəyişdirə biləcəyini bildirsə, türkiyəli bundan imtina edib.