Ukrayna Prezidenti Vladimir Zelenski ərazi müdafiə qüvvələrinin sayını artırmaq barədə göstəriş verib.
Bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov bildirib.
"Biz ərazi müdafiəsi məsələləri ilə məşğul olacaq hərbçilərimizin sayını maksimuma çatdırmalıyıq. Ərazi müdafiəsi üzvlərinin sayı lazım gələrsə, ölkəmizi müdafiə etməyə hazır olan iki milyon vətəndaşa çatmalıdır”, - Danilov qeyd edib.
Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı Yuri Qaluşkin yanvarda bildirmişdi ki, onların sayı sülh dövründə on min hərbçi olacaq, lazım gələrsə, bir neçə yüz min ehtiyatda olan hərbçiləri də cəlb edəcəklər.