"Amerikalılar və ruslar bir-birinə atəş açsalar, dünya müharibəsi başlayacaq" - Bayden

DÜNYA
09:55 / 12.02.2022
777

ABŞ ordusu heç bir halda Ukraynaya göndərilməyəcək.

Hit.az xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində ABŞ Prezidenti Cozef Bayden deyib.

Ağ Ev rəhbəri bildirib ki, Rusiya-ABŞ münaqişəsinin olacağı təqdirdə dünya müharibəsini proqnozlaşdırır. ABŞ liderinin sözlərinə görə, “amerikalılar və ruslar bir-birinə atəş açsalar, onda yeni dünya müharibəsi başlayacaq”.

Cozef Bayden həmçinin ABŞ vətəndaşlarını münaqişənin gərginləşməsi ehtimalına görə Ukraynanı tərk etməyə çağırıb.

0