Fransanın Reze Kommunasının (Nant şəhəri yaxınlığında) bələdiyyə sədri iş otağında özünü asıb.
Hit..az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə polis əməkdaşları və təcili yardım gəlib.
Polis məsələni araşdırır.
58 yaşlı Erve Nonun üzərindən vida məktubu və yas mərasiminin təşkili barədə təkliflər tapılıb.
Bildirilib ki, bələdiyyənin fəaliyyətində heç bir problem qeydə alınmayıb.