Boşandığı arvaddan gizlənən kişi ölmüş elan edilib

16:43 / 12.02.2022
1329

2013-cü ildən sonra barəsində məlumat alınmayan 55 yaşlı İsveçrə vətəndaşı ölmüş və ya itkin düşmüş hesab edilib.

Lent.az-ın xəbərinə görə, əslində vəziyyət başqadır. O, 2012-ci ildə boşandığı arvadına aliment ödəməmək üçün ölkədən qaçıb. Bütün qohum-əqrəba da onu itkin düşdüyünü düşünüb. 

Lakin bu günlərdə məlum olub ki, həmin şəxs Dominikan Respublikasında telefon satışı ilə məşğuldur. Sadəcə olaraq arvaddan gizlənmək üçün ölkəni tərk edib. 
Bir neçə ay əvvəl isə o, mövcud ölü statusunu dəyişmək və pasportunu yeniləmək üçün müraciət edib. Lakin məhkəmə statusun dəyişməsi üçün 500 frank ödənilməsini tələb edib. “Yoxa çıxan” kiçi isə bildirib ki, dövlət qurumunun xətasına görə pul ödəmək fikrində deyil. 

0