Yəmənin Ebyan əyalətində BMT-nin 3 əməkdaşının silahlı qrup tərəfindən qaçırıldığı bildirilib.
Hit.az xəbər verir ki, Ebyen əyalətinin Lavder rayon polis rəisinin açıqlamasına görə, içində BMT əməkdaşlarının olduğu avtomobil Lavder və Mudiye rayonları arasındakı Es-Suveyda bölgəsində hələlik şəxsiyyəti müəyyən edilməyən silahlı şəxslər tərəfindən saxlanılıb.
Onun sözlərinə görə, silahlı qrup BMT Təhlükəsizlik İdarəsinin direktoru Akm Sufiul, ofisin baş koordinatoru Muhammede el-Meliki və ofisin təhlükəsizlik koordinatoru Mazin Bavazırı özləri ilə birlikdə naməlum bir yerə aparıb.
Onların axtarışı davam edir.