“ABŞ artıq iki aydır ki, Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı qlobal təxribat kampaniyası həyata keçirərək sağlam düşüncəni və Ukrayna xalqını ələ salır”.
HİT.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bildirib.
“ABŞ 2 aydır hər gün deyir ki, Ukrayna Rusiya tərəfindən hücuma məruz qalacaq. Ukrayna Prezidenti və bu ölkənin güc blokunun nümayəndələri onlarda belə bir məlumatın olmadığını bildirir”, - deyə Zaxarova bildirib.
O vurğulayıb ki, Bloomberg, Der Spiegel istisna olmaqla heç bir Amerika media orqanında belə bir məlumat yoxdur.
"Amma görünür, Maydanların ideoloji ilhamvericiləri Ukraynanı tam dağılmayana qədər sakitləşməyəcəklər" deyə Zaxarova əlavə edib.