Tanınmış kardioloq Herman Qandelman "Sağlam yaşa” verilişinin yeni buraxılışında kişilərin diqqətini çəkən qadınların və qadınlarda rəğbət və yaxınlıq həvəsi oyadan kişilərin necə qoxuduqları haqda danışıb.
Qaynarinfo xəbər verir ki, doktor Qandelmanın sözlərinə görə, kişiləri evlə əlaqələndirdikləri "şirin” qoxular çox cəlb edir. Ən yaxşısı, zanbaq, qızılgül, lavanda, sitrus, vanil ətirləri güclü cinsin nümayəndələrinə xoş təsir edir. Və hələ çoxlarının bilmədiyi şey - balqabaq piroqunun qoxusu.
Herman Qandelman qeyd edib ki, söhbət elmi araşdırmalardan gedir. Xüsusilə belə bir araşdırma nəticəsində məlum olub ki, balqabaqlı piroq kişilərdə qan axınını yaxşılaşdırır.
Qandelman deyib: "Kişiyə balqabaqlı piroq hazırlayın, o gün gecəni əla keçirəcəksiniz".
Qadınlara gəlincə, nevroloq Dmitri Şubin onların kişilərdə səyahət, mübarizə, fəth qoxusunu xoşladığını deyib.
"Güclü odun qoxuları, tütün və dəri qoxuları, dəniz qoxusu, duz və ədviyyatlar", - deyən Şubin zərif cinsi cəlb edən qoxunun məhz bunlar olduğunu vurğulayıb.