Zelenski xalqa müraciət etdi

DÜNYA
22:53 / 14.02.2022
995

Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciət edib.

O, sülh üçün çalışdığını və bütün məsələləri danışıqlar yolu ilə həll etmək istədiyini bəyan edib.

Dövlət başçısı əmin edib ki, vəziyyət nəzarətdədir və hakimiyyət vəziyyətin istənilən inkişafına hazırdır.

“Bu, ilk dəfə deyil ki, Ukrayna genişmiqyaslı müharibə ilə hədələnir. Lakin ölkəmiz həmişəkindən daha güclüdür. Hazırda Ukrayna ilə bütün cəbhələrdə müharibə aparırlar: hərbi, diplomatik, enerji və informasiya. Hökumət bütün çağırışları aydın başa düşür və onlarla nə edəcəyini bilir. Həmçinin Ukraynaya qarşı istənilən təcavüzkar hərəkətə layiqli cavab hazırlayır”, - deyə Zelenski bildirib.

Prezident yerli medianı ölkədən qaçan sahibləri üçün deyil, Ukrayna üçün işləməyə çağırıb. O, dövlət qulluqçularına üzünü tutaraq, xalqın onlara etibar göstərərək dövlət idarəçiliyini həvalə etdiyini xatırladıb və ölkəni tərk edənlərin geri qayıtması üçün 24 saat vaxt verdiyini deyib.

Həmçinin, Zelenski fevralın 16-da Ukraynada “Milli Birlik Günü”nün qeyd edilməsi haqqında fərman imzaladığını açıqlayıb.

0
oxu.az